Sürücülərə hava xəbəri - Yollar buz bağlayacaq

Sürücülərə hava xəbəri - Yollar buz bağlayacaq

Sürücülərə hava xəbəri - Yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Cars-az-a verilən məlumata görə, havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Bakıda temperatur gecə 1-3 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var. Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top