01.01.2016
Gündəm
Qadının maşınını bayram günü qaçırdı – Kameraya düşdü
Bakıda yeni il gecəsi xanım sürücünün avtomobili qaçırılıb. Cars-az Daxili İşlər Nazirlyinə istinadən xəbər verir ki, dekabrın 31-də Bakı şəhər sakini Aynur Nəsrəddinova polisə müraciət edərək həmin gün “Hyundai” markalı avtomobilinin qaçırılmasını bildirib. DİN «Təhlükəsiz şəhər» Xidməti və Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Anar Əhmədov tutulub.
Emin