01.01.2016
Gündəm
Nil çayında faciə - 18 ölü
Misirdə Nil çayında bərənin batması nəticəsində azı 18 nəfər həlak olub. Cars-az Azərtac-a istinadla xəbər verir ki, faciə baş verən zaman bərədə 22 insan olub. Faciənin səbəbi hələ ki, məlum olmasa da, iki ehtimal irəli sürülür: havanın pis olması və bərənin həddindən artıq yüklənməsi. Hadisə yerində xilasetmə işləri aparılır.