21.03.2016
Gündəm
Bayram tonqalı bu dəfə maşını yandırdı
Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında 2 kv.m sahəyə yığılmış taxta tullantıları (bayram tonqalı) yanıb. Сars-az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanmış sahibi məlum olmayan “FORD” markalı yük avtomobilinin sol yan güzgüsünün plastik üzlüyü və qabaq işıqları əriyib. Avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Emin