21.03.2016
Gündəm
Bakını su basdı; maşında köməksiz qalanları FHN xilas etdi
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda avtomobillərdə vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Сars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yağan intensiv yağışlar nəticəsində, yolda suyun səviyyəsi qalxaraq 3 minik avtomobilində 7 nəfər köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi texnika vasitəsi ilə avtomobilləri və vətəndaşları təhlükəli ərazidən təxliyyə edib. Əməliyyat saat 22:53-də başa çatıb.
Emin