“FlyDubai” ölən sərnişinlərin ailələrinə 20 min dollar ödəyəcək

“FlyDubai” ölən sərnişinlərin ailələrinə 20 min dollar ödəyəcək

“FlyDubai” ölən sərnişinlərin ailələrinə 20 min dollar ödəyəcək

“FlyDubai” aviaşirkəti “Boeing 737-800” təyyarəsinin Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin ailələrinə əlavə olaraq 20 min dollar ödəyəcək. “Report” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib. “Flydubai” təcili maliyyə ehtiyaclarının həlli məqsədi ilə, daşınma şərtlərimizə uyğun olaraq ailələrə hər sərnişinə görə əlavə olaraq 20 min dollar vəsaitin ödənməsi proqramını təşkil edəcək”, — deyə məlumatda bildirilir.

Dubaydan Rostova uçan “Boeing 737-800” təyyarəsi pis görüntü şəraitində eniş edən zaman yerə çırpılaraq partlayıb. Göyərtədə ümumilikdə 62 nəfər olub və onların hamısı ölüb.

Dostlarınla paylaş


Şərhlər


Top