Moskvada təyyarə qəza enişi etdi

Moskvada təyyarə qəza enişi etdi

“UTair” aviaşirkətinə məxsus Boeing sərnişin təyyarəsi Moskvada qəza enişi edib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, İnsident nəticəsində zərərçəkən yoxdur. Göyərtəsində 112 sərnişinin olduğu təyyarənin Moskva – Surqut marşrutu üzrə uçduğu bildirilir. Qeyd olunur ki, “Vnukovo” aeroportundan havaya qalxan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb.

Xatırladaq ki, martın 19-a keçən gecə Rostov-na-Donu şəhərində “flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 62 nəfər ölüb.

Dostlarınla paylaş


Şərhlər


Top