21.03.2016
Gündəm
İstanbulda bomba təlaşı
Türkiyənin İstanbul şəhərinin Atatürk hava limanında VİP terminalın önündəki avtomobil dayanacağında saxlanmış şübhəli avtomobil böyük çaxnaşmaya səbəb olub. Сars-az anspress-ə istinadən bildirir ki, avtomobilin polisə verilən gizli məlumatda göstərilən bütün əlamətlərə uyğun gəlməsi çaxnaşma yaradıb. Əraziyə dərhal bombanın məhvi üçün mütəxəssislər, xilasetmə və təcili yardım qrupları sövq edilib. Polis tərəfindən avtomobilin kapotu və qapıları açılıb, xüsusi təyinatlı köpəklərlə bomba axtarışına başlanılsa da, avtomobildə bombaya rast gəlinməyib. Amma araşdırma axtarış aparılan avtomobilin 2015-ci ildə Vanda oğurlandığını ortaya çıxarıb.