-
Rəis müavini generalın qarşısında qayda pozubmuş
İşdən çıxarılan rəis müavini ilə bağlı yeni xəbər; onun avtomobilinin saxlanmasına general göstəriş verib Ardını oxu
-
İki qatarın arasında yol getdi, çox təhlükəli
Öz həyatını bu cür təhlükəyə atdı Cars-az atv.az-a istinadən xəbər verir ki, izləyənləri dəhşətə gətirən bu görüntülər Türkiyədə lentə alınıb. Bir gəncin hərəkətdə olan tramvayın iki vaqonu arasında yol qət etməsi ətrafdakıların da diqqətini cəlb edib. Görüntülərdə gəncin iki vaqon arasında əyləşərək hərəkət etdiyi aydın əks olunur. Tramvay bir qədər sürətini artırdıqda isə o, vaqondan yapışaraq tarazlığını qorumağa çalışır. Gəncin bu ağlasığmaz davranışı sərnişin tərəfindən lentə alınıb. Heç bir təhlükəyə fikir vermədən yoluna davam edən gənc onu lentə alan sərnişinə “axşam xəbərlərdə izləyərsən özünü” cümləsinə gülümsəyərək “görüntünü mənə də göndərərsiniz” deyərək cavab verir. Qısa zamanda mediada geniş müzakirələrə səbəb olan görüntülər tamaşaçılarda fərqli təəssürat oyadıb. İzləyicilər bu gəncin hərəkətinin bacarıq olmadığını, sadəcə məsuliyyətsizlik olduğunu bildiriblər. Ardını oxu
-
Bakıda avtomobil velosipedçini vurdu
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır Ardını oxu
-
Məhkəmə “avtoş”la bağlı qərar verdi: 1 il müddətinə...
Avtoxuliqanlıq edən daha bir sürücü cəzalandırıldı Bakıda avtoxuliqanlıq edən daha bir şəxs cəzalandırılıb. Cars-az xəbər verir ki, bu barədə “report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ceyhun İslam oğlu Səlimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə saxlanılıb. Barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilb. Məhkəmənin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinərək bir il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə yanaşı 500 manat cərimə inzibati tənbehi tətbiq edilib. Ardını oxu
İki piyadanı maşın vurub öldürdü
Hər bir faktla bağlı araşdırma aparılır Aprelin 9-da Azərbaycan yollarında baş vermiş yol qəzaları iki nəfərin həyatına son qoyub. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, Abşeron rayonunda və Hacıqabulda avtomobillər piyadaları vuraraq öldürüb. Abşeron rayonunda ölümlə nəticələnən qəzaya səbəb olan “VAZ 2106” müəyyən edilsə də, Hacıqabuldakı qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşıb. Ümumilikdə aprelin 9-da ölkədə 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hər bir faktla bağlı araşdırma aparılır. Ardını oxu
Arvadını avtobusda öldürən kişi tutuldu
Namiq Məmmədov həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib Ardını oxu
Təyyarəni ildırım vurdu
İldirım nəticəsində təyyarənin burun hissəsində böyük zədələnmə olub “Icelandair” şirkətinin Reykyavikdən Denverə uçan Boeing 757-i təyyarəsinə uçuşun gedişatında ildırım düşüb. Cars-az xəbər verir ki, bu barədə "the daily mail" məlumat yazıb. İldirım vurması nəticəsində təyyarənin burun hissəsində böyük zədələnmə olub. Pilotlar zədə barədə məlumat verməyərək uçuşu davam etdiriblər. Səkkiz saat davam edən uçuş zamanı heç bir problem yaranmayıb. Sərnişinlərin sözlərinə görə, onlar uçuşdan bir müddət sonra zərbəni eşidiblər. Hadisə nəticəsində heç kim zərər çəkməyib. Ardını oxu
Gəmi batdı: 20 ölü
Ölənlərdən 17 nəfərinin cəsədini çıxarmaq mümkün olub Ardını oxu