Bakıda avtomobil velosipedçini vurdu

Bakıda avtomobil velosipedçini vurdu

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən teleqraf -a verilən məlumata görə, hadisə Z.Bünyadov prospektində qeydə alınıb. Məlumata görə, müəyyən edilməmiş avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Rəcəb Oruclu vurulub. Nəticədə ona xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top