04.11.2015
Qəzalar
Gəmi batdı: 20 ölü
Haiti adasının şimal sahillərində miqrantları daşıyan gəmi batıb. Cars-az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə nəticəsində gəmidə olan 21 miqrant həlak olub.
Miqrantlar Britaniyaya məxsus Terks və Kaykos adalarına getməyə çalışırdılar. Okeanda qasırğaya düşüblər və həlak olublar.
Ölənlərdən 17 nəfərinin cəsədini çıxarmaq mümkün olub.