Qatar qəzası: 14 YARALI

Qatar qəzası: 14 YARALI

Rusiyanın Lipetsk vilayətində sərnişin qatarı lokomotivlə toqquşub. Bu barədə Cars-az “TASS” agentliyinə istinadən xəbər verir. İlkin məlumata əsasən hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasedicilər işləyir. Faktla bağlı araşdırmalara başlanılıb.

Artıq qatarın hərəkətinin bərpa edildiyi bildirilir.

Dostlarınla paylaş


Şərhlər


Top