Bakıda qəzaların son 3 ayda STATİSTİKASI

Bakıda qəzaların son 3 ayda STATİSTİKASI

Paytaxtda yol polisi tərəfindən 218 min inzibati protokol tərtib edilib. Cars-az regiontv-yə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin verdiyi məlumata görə, bu il yanvarın 1-dən aprelin 5-nə qədər paytaxt ərazisində 233 yol qəzası baş verib. Qəzalar nəticəsində 67 nəfər ölüb, 286 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölüm hallarının sayı 2 fakt azalsa da, qəza hadisələrinin sayı 12 fakt, xəsarət sayı isə 39 fakt artıb. Hesabat dövründə qəzaların 49%-i surət həddinin aşılması, 51%-i piyadaların vurulması, 27%-i təhlükəli manevr qaydasını pozma səbəbindən baş verib.

Dostlarınla paylaş


Şərhlər


Top