04.11.2015
Qəzalar
Bakıda “BMW” yandı
Bakı şəhərində yanğın baş verib. Cars-az fhn-ə istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.