04.11.2015
Qəzalar
İki piyadanı maşın vurub öldürdü
Aprelin 9-da Azərbaycan yollarında baş vermiş yol qəzaları iki nəfərin həyatına son qoyub. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, Abşeron rayonunda və Hacıqabulda avtomobillər piyadaları vuraraq öldürüb. Abşeron rayonunda ölümlə nəticələnən qəzaya səbəb olan “VAZ 2106” müəyyən edilsə də, Hacıqabuldakı qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşıb. Ümumilikdə aprelin 9-da ölkədə 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hər bir faktla bağlı araşdırma aparılır.