Arvadını avtobusda öldürən kişi tutuldu

Arvadını avtobusda öldürən kişi tutuldu

Bakıda 2 gün öncə qətl törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. Cars-az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədov tutulub.

Qeyd edək ki, hadisə aprelin 8-də gecə saatlarında Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda baş verib. N. Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F. Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib.

Dostlarınla paylaş


Şərhlər


Top