04.11.2015
Gündəm
Avtovağzal dairəsindəki nəqliyyat sıxlığı aradan qaldırılacaq – FOTO
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Avtovağzal dairəsində hazırda kommunikasiya xətlərinin - yerin alt hissəsindəki rabitə və qaz xətlərinin köçürülməsi işləri aparılır.
Cars-az xəbər verir ki, bu barədə oxu.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, nəqliyyatın normal hərəkətini təmin etmək məqsədilə dairə 34 m-dən 22-yə qədər kiçildilir: “Orada səki daşlarının düzülməsi, həmin ərazidə ayırıcı zolağın salınması istiqamətində işlər gedir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra həmin ərazidə nəqliyyat sıxlığı nisbətən aradan qaldırılacaq”.