Məqalələr

  • Göyçayda maşın 32 yaşlı piyadanı vurub öldürdü

    Yolu keçən piyada hadisə yerindəcə keçinib Ardını oxu

  • «Hyundai»la «KİA» toqquşdu; «07» də onları «qucaqladı»

    Bakıda 3 maşının toqquşması nəticəsində 3 nəfər yaralanıb Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Cars-az-ın APA-ya istinadən məlumatına görə, prospektin hava limanından şəhərin mərkəzinə doğru gedən hissəsindən üç avtomobil toqquşub. Prospektlə hərəkətdə olan "Hyundai" markalı avtomobilə arxadan "KİA" markalı maşın çırpılıb. Arxadan yüksək sürətlə gələn «VAZ-2107» markalı avtomobilin sürücüsü isə idarəetməni itirib və maşını qəzaya uğramış avtomobillərə çırpıb. Qəza nəticəsində "VAZ-2107"-nin sürücüsü, 1986-cı il təvəllüdlü Şirinov Qüdrət Fariz oğlu və həmin maşındakı sərnişinlər - 1987-ci il təvəllüdlü Quliyev Emil Məzahir oğlu, 1981-ci il təvəllüdlü Bədəlov Rəşad Əliseyran oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.   Ardını oxu

  • Bu da yol polisinin yaratdığı ucsuz-bucaqsız tıxac

    Bakı-Sumqayıt yolunda vəziyyət dözülməz həddə çatıb; səhərdən axşama kimi tıxac yaranır Ardını oxu

  • Bakıda təkər təmirçisindən insanlıq dərsi

    Avtomobilin qapısını açıq qoyub gedən sürücü geri döndükdə gördüklərinə inanmadı Ardını oxu

“VAZ” qəzadan sonra yandı

“VAZ” qəzadan sonra yandı

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub Ardını oxu

Bakıda polis qəzaya düşdü

Bakıda polis qəzaya düşdü

«Nissan Sanny» markalı avtomobil «MAZ»la toqquşub Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib. Cars-az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Zabrat şosesində qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Fərid Nuriyevin idarə etdiyi “Nissan Sanny” markalı avtomobillə naməlum sürücünün idarə etdiyi 10 saylı Rayonlararası Təmir Tikinti İdarəsinə məxsus “MAZ” markalı yük avtomobili toqquşub. Nəticədə “Nissan” markalı avtomobildə olan sərnişin, Xətai rayon Mühafizə İdarəsinin polis serjantı, 1986-cı il təvəllüdlü Samir Səfərov xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Ardını oxu

Top