Məqalələr

  • Toydan qayıdan maşın qəza törətdi, iki qadın öldü

    Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. Toydan qayıdan rayon sakini, 28 yaşlı Seyidov Namiq İlqar oğlu idarə etdiyi "Wolkswagen" markalı avtomobili yolun kənarında olan beton dirəyə çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 53 yaşlı Cabbarova Rübabə Əli qızı və 50 yaşlı  Qarayeva Ayna Məhərrəm qızı hadisə yerində ölüb. Avtomobildə olan 1 yaşlı Cəfərov Yusif Vüqar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. Ardını oxu

  • Ziya Məmmədovun qardaşı qızının qəzası

    Hadisə Bakı Xaçmaz rayonu ərazisində baş verib Xəbər verdiyimiz kimi ötən gün baş verən yol qəzasında Naqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı vəfat edib. Hadisə Bakı Xaçmaz rayonu ərazisində baş verib. Cars-az “Qafqazinfo”ya istinadən qəzanın videosunu təqdim edir. Ardını oxu

  • Pirqulu yolunda avtomobil aşıb: yaralılar var

    Şamaxıda yol qəzasında 4 nəfər ağır xəsarət alıb Ardını oxu

  • Ən çox sevilən avtomobillər hansılardır?

    Xarici avtomobil istehsalçılarına duyulan müştəri məmnuniyyəti 82 faiz azalıb Amerika Müştəri Məmnuniyyəti İndeksinin (American Customer Satisfaction Index - ACSI) avtomobil markaları ilə bağlı araşdırma aparıb. Lent.az-ın xəbərinə görə, araşdırmada yerli və xarici avtomobil istehsalçılarına duyulan müştəri məmnuniyyətinin 1,2 faizlik eniş göstərərək 82 faizlə gerilədiyi məlum olub. Ötən illə müqayisədə 21 avtomobil markasının 80 faizindən razı olmayanların sayının artdığı ortaya çıxıb. Acura 7 faizlik enişlə siyahıda sonuncu yeri, Cadillac isə 6 faizlik enişlə sondan beşinci yeri tutub. Araşdırmada avtomobil markalarından yalnız Chevrolet və Buickin müştəri məmnuniyyətinin artdığı vurğulanıb. ACSI avtomobil hesabatını, təsadüfi seçilən 4 min 360 müştəri arasında keçirdiyi sorğu əsasında hesablayıb. Araşdırmaya görə, Acura, Dodge, Jeep, Audi, Cadillac və Mazda ən sevilməyən avtomobillərdir. Mütəxəssislər, insanların bu məmnuniyyətsizliyinin səbəbini avtomobil şirkətlərinin müştərilərinə avtomobil almağın üstünlüklərini təqdim edə bilməməsində görür. Müştəri məmnuniyyətində 2 faizlik bir eniş yaşasa da, ən sevilən avtomobil markaları siyahısının zirvəsində Mersedes-Benz, ikinci sırada Subaru, üçüncü Lexus, dördüncü Volkswagen, beşinci sırada isə Buick qərarlaşıb. Mercedes-Benzin liderliyinin çaşdırıcı olmadığı, lüks avtomobil markasının təqdim etdiyi keyfiyyət və xidmət səbəbləri ilə  siyahının başında olduğu bildirilir. Ardını oxu

Piyadanı piyada keçidində vurdular – AĞIR QƏZA VİDEOsu

Piyadanı piyada keçidində vurdular – AĞIR QƏZA VİDEOsu

Toqquşan maşınlardan biri fırlanaraq piyadana keçidin üstündə yerə sərdi Ardını oxu

Bakıda ağır qəza; ölən və yaralanan var

Bakıda ağır qəza; ölən və yaralanan var

Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir Suraxanıda yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumatına görə, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol ayrıcı metal çəpər konstruksiyasına çırpılıb. FHH xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olunub ki, bir nəfər xəsarət alıb və daha bir nəfər hadisə yerində vəfat edərək avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Faktla bağlı araşdırmalar aparılır. Ardını oxu

Avtobusa silahlı hücum

Avtobusa silahlı hücum

38 yaşlı mikroavtobus sürücüsü qan davasının qurbanı olub Türkiyənin Şanlıurfa vilayətində avtomobil ilə önü kəsilərək dayandırılmış sərnişin avtobusuna tapançayla atəş açılıb. Anspress-in məlumatına görə, hücumda güllələnən 38 yaşlı mikroavtobus sürücüsü Emin Küçükər ölüb, sərnişinlər böyük qorxu və həyəcan yaşayıblar. Hadisə günortadan sonra Şanlıurfa - Qaziantep magistralının 37-nci kilometriliyində baş verib. Şanlıurfa ilə Qaziantep arasında sərnişin daşıyan Emin Küçükərin istifadə etdiyi mikroavtobusun önü, Kocaali Məhəlləsi yaxınlığında, nömrəsi bilməyən avtomobil tərəfindən kəsilib. Hadisə şahidlərinin dediyinə görə, avtomobildən enən cinayətkarlardan biri tapançayla sürücünün olduğu tərəfə atəş etməyə başlayır. Qatilin dalbadal istiqamətli atəşindən 4 uşaq atası Emin Küçükər hadisə yerində həyatını itirir. İnsidenti törədənlər təzədən qarşısını kəsdikləri avtomobilə minib hadisə yerindən uzaqlaşıblar. Təcavüzkarların qaçdıqdan sərnişinlərin polisi çağırması ilə hadisə yerinə çoxlu jandarma qrupu cəlb edilib. Jandarma qrupları şok keçirən sərnişinlərin verdiyi ifadələrə əsasən qaçan şübhəlilərin tutulması üçün iş başladıb. Jandarma hadisə yerini incələdikdən sonra, sürücünün meyiti məhkəmə tibbi ekspertizasına təhvil verilib. Hücum izlərinin olduğu mikroavtobus isə ətraflı araşdırma üçün Jandarma Komandanlığına aparılıb. Həyatını itirən sürücünün yaxınlarının dediklərinə əsaslanaraq, polis Küçükərin qan davasının qurbanı olduğunu iddia edir. Jandarma qrupları hazırda verilən məlumatlara əsasən Emin Küçükərin düşmənlərini araşdırır. Cinayətlə əlaqədar istintaq davam edir. Ardını oxu

Bakıda sürücü sərnişin avtobusuna hücum çəkdi

Bakıda sürücü sərnişin avtobusuna hücum çəkdi

77 saylı avtobusda “Opel” markalı maçşının sürücüsü ilə mübahisə yaranıb Bakıda sürücü sərnişin avtobusuna hücum edib. Yasamal rayonu ərazisində gecə vaxtı 77 saylı avtobusda “Opel” markalı maçşının sürücüsü ilə mübahisə yaranıb. Avtobus sürücüsünün “Opel”in sahibinə “heyvan” deməsi onu qəzəbləndirib. O, maşından düşərək avtobusa hücum edib. Sərnişinlərin köməkliyi ilə sürücülərin davasının qarşısı alınıb. Yasamal Rayon Polis İdarəsindən milli.az-a bildirildi ki, belə bir hadisə barədə məlumat daxil olmayıb. Ardını oxu

Top