04.11.2015
Oxucu məktubları
Bakıda sürücü sərnişin avtobusuna hücum çəkdi
Bakıda sürücü sərnişin avtobusuna hücum edib. Yasamal rayonu ərazisində gecə vaxtı 77 saylı avtobusda “Opel” markalı maçşının sürücüsü ilə mübahisə yaranıb. Avtobus sürücüsünün “Opel”in sahibinə “heyvan” deməsi onu qəzəbləndirib. O, maşından düşərək avtobusa hücum edib. Sərnişinlərin köməkliyi ilə sürücülərin davasının qarşısı alınıb. Yasamal Rayon Polis İdarəsindən milli.az-a bildirildi ki, belə bir hadisə barədə məlumat daxil olmayıb.