04.11.2015
Oxucu məktubları
Yenə valideyn səhlənkarlığı; uşaq metroda relslərin üstünə yıxıldı
Londonun Goodge küçəsində yerləşən metrostansiyaların birində ürəktitrədən hadisə baş verib. Cars-az-ın xarici mətbuata istinadən məlumatına görə, araba ilə birlikdə relsə yıxılan uşaq son anda ölümdən xilas edilib. Körpəsini uşaq arabasında bir kənarda qoyub o biri ailə üzvlərinə kömək etməyə başı qarışan qadın, geri döndüyündə şoka düşür. Görüntülərdən də aydın olur ki, iki keçid arasında olduğundan uşaq arabası digər qatarın küləyinin təsirindən hərəkət etməyə başlayır və qatar relslərinə yıxılır. Şoka düşən ana dərhal qaçaraq metronun gəlməsinə saniyələr qalmış uşağını xilas edir. Deyilənə görə, balaca uşaq heç bir xəsarət almayıb.
Cars-az həmin görüntüləri təqdim edir.