Məqalələr

  • Əsrarəngiz xəyal avtomobilləri

    İnnovativ dizayn və konseptual ideyalar Amerikanın Atlanta şəhərindəki İncəsənət Muzeyində avtomobil dizaynı təkamülünü əks etdirən "Dream Cars" sərgisi açılıb. Anspress-in məlumatına görə, açılmış sərgi avtomobil dizayn təmayüllərinin inkişafına həsr edilib. Sərgidə Avropa və ABŞ istehsalçılarının konseptual dizayn ideyaları, avtomobillərin modelləri və layihə rəsmləri təqdim olunub. “Dream Cars" avtomobilləri arasında nümayiş etdirilən konseptual modellər hazırki dövrün təmayülləri kənarına çıxan dizaynın inkişaf imkanlarını sərgiləyir” – deyə sərginin kuratoru Sara Şleninq bildirir. "Bu nümunələr kütləvi istehsala verilməsələr də, texnologiya ilə stil baxımından avtomobil sənayesinin imkanlarına yenidən nəzər salmağa sövq ediblər”, - deyə Şleninq əlavə edir. Atlanta şəhərinin İncəsənət Muzeyində keçirilən “Dream Cars: Innovative Design, Visionary Ideas” sərgisi sentyabr ayının 7-dək açıqdır. Ardını oxu

  • Bakı Dairəvi yolunda iki avtomobil toqquşub

    Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib Bu gecə Bakı Dairəvi yolunda yol qəzası baş verib. Hadisə yolun Lökbatan qəsəbəsi istiqamətində gedən hissəsində qeydə alınıb. Qalib Əliyevin yüksək sürətlə idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində Telman Ələsgərovun idarə etdiyi "VAZ-2105" markalı avtomobilə çırpılıb. Sürət yüksək olduğundan, zərbədən sonra "Mercedes" yolun kənarındakı işıq dirəyinə də dəyib. Dirək yerindən qopub, maşın isə bir neçə metr aralıya düşüb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Maşınlardan biri kanala, digəri isə yoldan bir neçə metr kənara düşdüyündən, onların evakuasiyası çətinlik yaradıb. Yol Patrul Xidmətinin əməkdaşları Dairəvi yolda avtomobillərin hərəkətini müvəqqəti dayandırmalı olublar. Faktla bağlı araşdırma aparılır. APA Ardını oxu

  • Bakıda qadın sürücü övladını bu cür təhlükəyə atdı

    Bakıda xanım sürücü azyaşlı uşağın maşının lukunda təhlükəli hərəkətlərinə göz yumur Ardını oxu

  • Qəza törədən sürücüsü yaralı qadını atıb qaçdı

    Sürücü yüksək sürətlə hərəkətdə olarkən əsas yola çıxmaq istəyib, amma betona çırpılıb Ötən gecə Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Tbilisi prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobilin sürücüsü Əbdülvəhab Salami küçəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman əsas yola çıxmaq istəyib. Bu zaman sürücü idarəetməni itirərək maşını beton arakəsməyə çırpılıb. Sürücü qəzadan sonra hadisə yerini tərk edib. Maşında olan qadın sərnişin isə xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Qəzadan sonra Tbilisi prospektində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunub. Qəzanın dəqiq səbəbi avtotexniki ekspetzianın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır. Ardını oxu

İsmayıllıda ağır qəza: ölənlər var

İsmayıllıda ağır qəza: ölənlər var

İki avtomobilin toqquşması nəticəsində daha 6 nəfər xəstəxanaya düşüb İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, avqustun 20-i saat 10.00 radələrində rayonunun Topçu kəndində Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi “VAZ-21063” və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. İ.Azayev hadisə yerində ölüb, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilib, Cavid Azayev orada keçinib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. Ardını oxu

Bakıda «ruçnoy» çəkib «Jeep»i divara yapışdırdılar

Bakıda «ruçnoy» çəkib «Jeep»i divara yapışdırdılar

Ağır qəzanın baş verdiyini görən sürücülərdən heç kim yardım etmək istəmir Ardını oxu

Vəzifəli şəxsin oğlu dəhşətli qəzada öldü

Vəzifəli şəxsin oğlu dəhşətli qəzada öldü

Dəhşətli qəzada ölən 34 yaşlı Sənan Quliyev subay olub Ardını oxu

Nazirlikdən avtobus sürücülərinə qarşı sərt addım

Nazirlikdən avtobus sürücülərinə qarşı sərt addım

Yeni taksi və avtobuslarla yanaşı, dəmir yollarına yeni vaqonların da alınması planlaşdırılır Son zamanlar qeyri-peşəkar və məsuliyyətsiz şəkildə avtobus idarə edən sürücülərə qarşı Nəqliyyat Nazirliyi ciddi tədbirlərə keçib. Cars-az ANS-ə istinadən xəbər verir ki, onlar üçün xüsusi sürücü bazası yaradılır ki, bu da həmin sürücünün nə vaxtdan, hansı xəttə fəaliyyət göstərməsi və işinin keyfiyyəti haqda bütün məlumatları əldə etməyə yardımçı olacaq. Nazirlik rəsmisi bu sistemin artıq tam hazır olduğunu əlavə etdi. Bu arada sürücələrin vahid geyim forması üzərində də işlərin getdiyini öyrəndik. 2015-ci il birinci Avropa Oyunları ilə əlaqədar sürücülər vahid geyim formasında olacaq. Nəqliyyat sahəsində yeniliklər bununla bitmir. Payızda paytaxda gətiriləcək yeni taksi və avtobuslarla yanaşı, dəmir yollarına yeni vaqonların da alınması planlaşdırılır. Ardını oxu

Top