04.11.2015
Gündəm
Toydan qayıdan maşın qəza törətdi, iki qadın öldü
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. Toydan qayıdan rayon sakini, 28 yaşlı Seyidov Namiq İlqar oğlu idarə etdiyi "Wolkswagen" markalı avtomobili yolun kənarında olan beton dirəyə çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 53 yaşlı Cabbarova Rübabə Əli qızı və 50 yaşlı Qarayeva Ayna Məhərrəm qızı hadisə yerində ölüb. Avtomobildə olan 1 yaşlı Cəfərov Yusif Vüqar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.