Piyadanı piyada keçidində vurdular – AĞIR QƏZA VİDEOsu

Piyadanı piyada keçidində vurdular – AĞIR QƏZA VİDEOsu

Piyadanı piyada keçidində vurdular – AĞIR QƏZA VİDEOsu

Bakıda piyadanın vurulması ilə nəticələnən daha bir yol nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin yanında – Ələsgər Ələkbərov küçəsinə dönən yolda «KİA» və «Mersedes» markalı avtomobillər toqquşur. Qəzaya səbəb «Mersedes»in dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olur. Avtomobillər toqquşarkən «Mersedes» yerində fırlanır və bu zaman piyada keçidi ilə yolu keçən piyadaya dəyir. Ağır zərbənin təsirindən piyada başı üstə yerə yıxılır. Xoşbəxtlikdən o, huşunu itirmir və ayağa qalxmağa çalışır. Lakin ağır zərbənin təsirindən yerindən qalxa bilmir. Ətrafdakı insanlar onu başqa maşına mindirib xəstəxanaya yola salırlar.

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top