Tikinti şirkətlərinin parkinq fırıldağı - Sakinləri soyurlar
Yeni inşa olunan binaları tikən şirkətlər həmin yerdən mənzil alan vətəndaşlardan maşını həyətdəki boş ərazidə saxlamaq üçün əlavə vəsait tələb edirlər. Halbuki, bu qanunsuzdur. Tikinti şirkətlərinin rəhbərləri parkinq adı ilə həmin pulu vətəndaşlardan almaq üçün isə müxtəlif qanunsuz vasitələrə əl atırlar.
Mütəxəssislər bildirir ki, binanın həyətyanı sahəsi Mənzil Məcəlləsinə görə ümumi istifadədə olan əraziyə daxildir və heç bir halda burda avtomobil saxlamağa görə mənzil sahiblərindən pul alına bilməz.
Söhbət avtomobil parkinqindən düşmüşkən, ağıla bir sual da gəlir ki, bəs yeni binaların altında yerləşən parkinqlərə görə pul alına bilərmi? Ekspertlər bildirir ki, belə parkinq əgər 2 və ya 3 mərtəbəli olarsa icarəyə verilə bilər. Yox əgər bir mərtəbə təşkil edirsə həmin ərazi də binanın texniki mərtəbəsi kimi ümumi pulsuz istifadəyə verilməlidir.