Yük qatarı yaşlı kişini vurub öldürdü

Yük qatarı yaşlı kişini vurub öldürdü

Lənkəranda yük qatarı dəmir yolu xəttinin üstündən keçmək istəyən yaşlı kişini vurub. Cars-az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Osmanlı-Astara dəmir yolunun 150-ci km-də, Lənkəran rayonunun Göyşaban dəmir yolu stansiyasının yaxınlığında baş verib. Yüksək sürətlə hərəkət edən yük qatarı rayon sakini, 77 yaşlı Qiyas Mustafa oğlu Hacıyevi vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İlkin ehtimallara görə, Q.Hacıyev eşitmə qüsurlu olduğundan, qatarın siqnal səsini eşitməyib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top