“Mercedes”in vurduğu 20 qoyun öldü

“Mercedes”in vurduğu 20 qoyun öldü

Zaqatala rayonunun Muxax kəndində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 26-da saat 21 radələrində Zaqatala rayonunun Muxax kəndində Bakı şəhər sakini Elmar Fərzəliyev idarə etdiyi “Mercedes” markalı avtobusla yolun hərəkət hissəsinə çıxmış qoyun sürüsünü vurub. Xəsarət alan olmasa da, Muxax kənd sakini Əlican Dibiyevə məxsus 20 baş qoyun tələf olub. BDYPİ tərəfindən araşdırma aparılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top