«BMW» əvvəl “Volkswagen”i, sonra piyadanı vurub

«BMW» əvvəl “Volkswagen”i, sonra piyadanı vurub

«BMW» əvvəl “Volkswagen”i, sonra piyadanı vurub

Siyəzən rayonunun Zarat kəndində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də saat 02 radələrində Siyəzən rayonunun Zarat kəndində Bakı şəhər sakini Kamal Əhmədov idarə etdiyi «BMW» markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Zaur Kərimova məxsus “Volkswagen” markalı avtomobilə vurub. K.Əhmədov idarəetməni itirdiyindən yaxınlıqda olan Rusiya Federasiyası vətəndaşı Məhərrəm Zeynalovu da vurub. M.Zeynalov xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top