04.11.2015
Qəzalar
Azərbaycanda İran vətəndaşı qəza törədib: yaralılar var
Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Cars-az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də saat 19 radələrində Lənkəran şəhərində şəhər sakini Mais İbrahimovun idarə etdiyi “VAZ-21063”, Liman şəhər sakini İlham Əsgərovun idarə etdiyi “VAZ-21074” və İran vətəndaşı Qəmbəri Hüseynin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə İ.Əsgərovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.
Cavid