Bakıda avtomobillə vurulan piyada öldü

Bakıda avtomobillə vurulan piyada öldü

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Cars-az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən teleqraf-a verilən məlumata görə, hadisə M.Əliyev küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri - 1961-ci il təvəllüdlü Vladislav Əliyev idarə etdiyi “Opel-Astra” markalı avtomobillə piyada 1955-ci il təvəllüdlü İsrafil Məstəliyevi vurub.

Nəticədə, İsrafil Məstəliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top