04.11.2015
Qəzalar
"Hyundai" arxa aşıb - xəsarət alan var
Bu gecə Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Cars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yuxarı Zeynəddin kəndi ərazisində “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı arxa düşüb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər köməksiz vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:22-də başa çatıb.
Fidan