04.11.2015
Qəzalar
Şirvanda piyadanı maşın vurdu
Şirvanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Cars-az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Allahverdiyev Cəfər Arif oğlu yolu keçmək istəyərkən VAZ 2107 markalı avtomobil tərəfindən vurulub. Yaralı ayağın əzilmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti qənaətbəxş olduğundan sonradan evə buraxılıb.
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.