Qəbələdə yol qəzası: 1 ölü, 8 yaralı

Qəbələdə yol qəzası: 1 ölü, 8 yaralı

Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az DİN-nin saytına istinadən xəbər verir ki, Oğuz rayon sakini Rüfət Babayevin idarə etdiyi “Hyundai” markalı avtobus və Siyəzən rayon sakini Ceyhun Həmidovun idarə etdiyi “UAZ” markalı avtomobil toqquşub. Nəticədə C.Həmidovun sərnişinlərindən Qəbələ rayon sakini Elmir Maqsudov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə R.Babayev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top