04.11.2015
Qəzalar
İki avtomobil toqquşub: ölən və yaralanan var
Bakıda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, Bakı-Ələt magistralının 26-cı kilometrliyində, Qaradağ rayonu ərazisində "Mercedes" və "Opel" markalı iki avtomobil toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 nəfər isə ağır xəsarət alıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.