04.11.2015
Qəzalar
Gəncədə avtomobil 56 yaşlı qadını vurdu
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Samux rayon sakini, 1959-cu il təvəllüdlü Solmaz Nəcəfzadə yolu keçmək istəyərkən “Opel” markalı avtomobillə vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.