04.11.2015
Qəzalar
«Yol terroru»nda daha iki nəfəri itirdik
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi rayonunun A.Mustafayev küçəsində müəyyən edilməyən avtomobillə 50-55 yaşlı kişi vurulub. Xəstəxanaya yerləşdirilən şəxs orada da ölüb. Ölənin şəxsiyyəti müəyyənləşdirilir.
Bərdədə də ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Mirzalıbəyli kəndində Ağdam rayon sakini Ehtiram Qənbərov idarə etdiyi “VAZ-21010” markalı avtomobili yolun kənarındakı ağaca vurub və hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Emin