Bakıda iki qadını maşın vurdu

Bakıda iki qadını maşın vurdu

Bakıda iki nəfəri maşın vurub. Cars-az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 27-də saat 20.00 radələrində Xətai rayonunun C. Kərimov küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri Aybəniz Ramazanova və Leyla Qasımova yolu keçən zaman müəyyən edilməmiş avtomobil tərəfindən vurulublar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib. Piyadaları vuran sürücü isə hadisə yerindən qaçıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top