04.11.2015
Qəzalar
“Mercedes” ağaca çırpıldı: yaralı var
Ağstafa rayonu, Bakı-Qazax yolunun 455-ci kilometrliyində (rayon mərkəzindən 5 km aralı) “Mercedes” markalı minik avtomobilinin dirəyə çırpılması ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:43-də başa çatıb.
Nurlan