Quba-Xınalıq yolunda ağır qəza

Quba-Xınalıq yolunda ağır qəza

Ötən gün axşam saatlarında Quba rayonunda ağır yol qəzası baş verib. Cars-az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 43-cü km-də, rayonunun Cek kəndində qeydə alınan qəzada 5 nəfər xəsarət alıb. Belə ki, 43 yaşlı İmran Mövlüdağa oğlu Yusifovun idarə etdiyi “Niva” markalı avtomobil 28 yaşlı Adıgözəl Vahid oğlu Hümmətova məxsus “Mercedes” markalı maşınla toqquşub. Qəza zamanı avtomobildə olan sərnişinləri 36 yaşlı Məlahət Nürəddin qızı Qəribova, 42 yaşlı Vüqar Vahid oğlu Qəribov və 29 yaşlı Cahangir Əzizağa oğlu Yusifov yaralanıb. Yaralılar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top