04.11.2015
Qəzalar
Bakıda iki marşrut avtobusu ötüşərkən toqquşdu – FOTOLAR
Bakıda növbəti avtobus qəzası baş verib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə metronun Xətai stansiyasının qarşısında, Xocalı prospektində qeydə alınıb. 30 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 384 və 10 TG 383 dövlət nömrə nişanlı sərnişin avtobusları ötüşərkən toqquşub. Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.