04.11.2015
Qəzalar
Dairəvi yolda qəza olub: yaralılar var
Bu gün Yasamal rayonu ərazisində, Dairəvi yolda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "Hyundai Sonata" markalı, 90 XX 466 nömrə nişinalı minik avtomobilinin, "İsuzu" markalı 10 JZ 453 qeydiyyat nişanlı yük maşınına çırpılması nəticəsində ərazidə nəqliyyat sıxlığı yaranıb. Xəsarət alan 2 nəfər xəstəxanaya aparılıb. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Qəzanın səbəbləri araşdırılır.