04.11.2015
Qəzalar
18 yaşlı oğlan "Jaguar"la ağır qəza törətdi
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, oktyabrın 19-da saat 01 radələrində Nobel prospektində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynli Kənan Şahin oğlu idarə etdiyi “Jaguar” markalı avtomobili qarşıda gedən Türkiyə vətəndaşı Əhməd Damların idarə etdiyi “Kögel” markalı avtomobilə çırpıb. K.Hüseynli və avtomobilindəki 3 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.