Yol qəzalarında ən çox ölüm faktı bu günlərdə qeydə alınıb
Bu ilin fevral ayı ərzində respublikanın avtomobil yollarında 127 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 76 nəfər ölüb, 210 nəfər yaralanıb. Cars-az bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytından məlumat əldə edib. Fevral ayı ərzində ən çox qəza və ölüm faktı fevralın 14-də və 23-də qeydə alınıb. İki gün ərzində 15 yol qəzasında 14 nəfər ölüb. Fevralın 15-də baş vermiş 6 qəhada isə 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Fevralın ayının cəmi 8 günündə 1 ölüm faktı qeydə alınıb. Qalan günlər qeydə alınan ölüm faktlarının sayı 2-9 arasındadır. Fevralın 28-də isə yol qəzalarında ölüm faktı qeydə alınmayıb.
Cars-az-ın əldə etdiyi məlumata görə, ümumi yol qəzalarında ölənlərin 39 nəfəri paytaxt Bakının payına düşür. Bu da respublika üzrə ölüm hallarının yarıdan çoxunun Bakının payına düşdüyünü göstərir.
Elməddin