08.02.2016
Qəzalar
“VAZ-2106” markalı maşınla piyadanı vurdu
Paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində “VAZ-2106” markalı avtomobillə kişi vurulub. Сars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 7-də saat 20 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Fərid Mirzəzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 65-70 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya yerləşdirilib və orada ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.