08.02.2016
Qəzalar
Qatar qadın və iki uşağını vurub
Rusiya Federasiyası Başqırdıstan Respublikasında yük qatarı qadın və iki uşağını vurub.
Сars-az “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə Meleuz dəmiryol stansiyası yaxınlığında yanvarın 8-də baş verib.
27 yaşlı qadın hadisə yerində ölüb. 3 və 5 yaşlı iki uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Sonradan məlum olub ki, qadın eşitmə və danışma qabiliyyəti olmayan 3-cü qrup əlildir.
Faktla bağlı istintaq öncəsi yoxlama aparılır. Nəticəyə əsasən, cinayət işinin başlanıb-başlanmayacağı qərarı veriləcək.