ABŞ səfirliyinin əməkdaşı qəza törətdi

ABŞ səfirliyinin əməkdaşı qəza törətdi

ABŞ səfirliyinin əməkdaşı qəza törətdi

ABŞ-ın Azərbaycandakı səfirliyinin mühafizə xidmətinin əməkdaşı qəza törədib. Сars-az “report”a istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti, 90 ünvanında baş verib.

Nefçala rayon sakini Əli Abdinovun idarə etdiyi ABŞ səfirliyinin mühafizə xidmətinə məxsus “Mitsubishi-Pajero” markalı avtomobillə Çingiz Nağıyevin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil toqquşub. Qəza zamanı ciddi xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top