08.02.2016
Qəzalar
Gəmi və qayıq batıb, 33 nəfər ölüb
Qanunsuz yolla Türkiyədən Yunanıstana gedən və qaçqınları daşıyan gəmi və qayığın batması nəticəsində 33 nəfər dənizdə boğularaq ölüb. Сars-az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Egey dənizinin Türkiyənin İzmir əyaləti Diklili bölgəsi hissəsində göyərtəsində qaçqınlar olan qayığın batması zamanı 11, Balıkəsir əyalətinin Edremit rayonunun Altınonluq məhəlləsi yaxınlığında gəminin batması nəticəsində isə 22 qaçqın ölüb.
Xəbərdə bildirilib ki, onlar qanunsuz yolla Yunanıstanın Midili adasına keçmək istəyirmişlər.
Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib. Axtarış-xilasetmə əməliyyatı keçirilir. Keçirilən əməliyyat nəticəsində 4 qaçqın xilas edilib.