16.11.2015
Qəzalar
Ucarda gənc oğlan yolun ortasında can verdi
Ucarda piyadanın ölümü ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib. Cars-az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik maşını yolu keçən piyada, rayonun Qaradağlı kənd sakini, 1983-cü il təvəllüdlü Səmədov Vüsal Vaqif oğlunu vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.