“Toyota” piyadanın həyatına son qoydu

“Toyota” piyadanın həyatına son qoydu

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb. Məlumata görə, Xaçmaz rayon sakini Kərim Kərimov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolu keçən Şabran şəhər sakini Malik Gülməmmədovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top