04.11.2015
Qəzalar
Polşalı turistlər Azərbaycanda qəzaya düşdülər
Cars-az regiontv-yə istinadən xəbər verir ki, Şəkinin Qırxbulaq kəndi ərazisində yol qəza hadisəsi baş verib. 1957-ci il təvəllüdlü, Bakı şəhər sakini Qarayeva Hicran Ələsgər qızı idarə etdiyi "Toyota" markalı avtomaşınla Şəki istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn polşalı turistlərin motosiklet karvanı ilə toqquşub. Qəza nəticəsində turistlərdən biri - Yeva Petrovska ağır, digər turist Pyotr Muraski isə yüngül bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan Yeva Petrovskanın vəziyyəti ağır qiymətləndirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.